AZ

“Neftçi”də yeni təyinat

“Neftçi”də yeni təyinat gerçəkləşib.

Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, Rüstəm Əfsərli Bakı təmsilçisinin Media üzrə koordinatoru vəzifəsinə təyin edilib.

2005-ci ildən idman mətbuatında çalışan Əfsərli 2015-ci ildən “CBC Sport” kanalında fəaliyyət göstərir. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi çalışıb.

Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb. Uşaqlıqdan “Neftçi” azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Əfsərli əvvəllər də klubda çalışıb. O, “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
7
idman.biz

10Mənbələr