AZ

Nağd vəsaitlərin idarə edilməsi üzrə menecer - VAKANSİYA

GoldenPay ASC Nağd vəsaitlərin idarə edilməsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vakansiyanın tələbləri: 

  • Maliyyə, mühasibat uçotu və ya müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi müvafiq sahə üzrə  3 il ;
  • Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
  • MS office proqramları üzrə biliklər; 
  • 1 C 8.3 proqramı biliyi üstünlükdür;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
  • Dəqiqlik və detallara diqqətli olmaq; 
  • Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər. 

Vəzifə öhdəlikləri: 

  • Şöbənin fəaliyyəti ilə bağlı iş planını və hesabatları hazırlamaq;  
  • Pul vəsaitlərinin saxlanmasına, daşınmasına, miqdarının dəqiqliyinə, təhvil verilməsinə, qaydalara uyğun olaraq terminalların inkassasiya olunmasına və əməliyyatların aparılmasına nəzarət etmək; 
  • Təşkilatın xəzinəsinin nağd pul təminatının icrasını təşkil etmək; 
  • Pul vəsaitlərinin çatdırılması üzrə inkassatorların fəaliyyətini tənzimləmək;
  • İnkassatorları təlimatlandırmaq və təhlükəsizlik qaydalara uyğun hərəkət qrafikini və nəqliyyat vasitəsi ilə təchiz olunması prosesini idarə etmək.
  • İnkassasiyanın aparılması üçün tələb olunan sənədləri hazırlamaq;
  • Bank köçürmələrinin planlaşdırılması və həyata keçirilməsi prosesinə nəzarət etmək. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Son müraciət tarixi: 25.07.2024 

Müraciət etmək üçün, CV-nizi email adresinə (parvina@goldenpay.az) mövzü hissəsində vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
38
fins.az

10Mənbələr