AZ

Türkiyə mətbuatı: 25 iyul 2024

''Hürriyet'': Şimali Kipr Türk Respublikası ilə bağlı mövqeyimizi açıq şəkildə nümayiş etdirdik

Türkiyə Prezidenti və  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən toplasında çıxış edib. Rəcəb Tayyib Ərdoğan deyib: ''Şimali Kipr Türk Respublikasında yandırılan kəndləri, öldürülən uşaqları, kiprli qardaşlarımızın faciələrini heç vaxt unuda bilmərik.Şimali Kipr Türk Respublikası ilə bağlı mövqeyimizi açıq şəkildə nümayiş etdirdik''. 

''Sabah'': Hakan Fidan: PKK xərçəng hüceyrəsi kimi İraqın hər yerinə yayılır

Türkiyə xarici işlər naziri Hakan Fidan dünən mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşən  Sky News Arabia televiziya kanalına müsahibə verib. Türkiyə olaraq İraqda həm siyasi sabitliyin, həm də təhlükəsizliyinin təmin olunması üçün davamlı olaraq konstruktiv töhfələr verdiklərini ifadə edən Hakan Fidan deyib: "PKK bir xərçəng hüceyrəsi kimi İraqın hər yerinə yayılır. Bu İraqın milli təhlükəsizlik probleminə çevrilib''.

''Vatan'': Yaşar Güər Yunanıstan səhiyyə nazirinin açıqlamasına reaksiya verdi
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​Yunanıstanın səhiyyə naziri Adonis Georgiadisə reaksiya verib.
Yaşar Gülər ​​Yunanıstanın səhiyyə nazirinin "Türkiyə aviasiyada sıfırdır. Bir gecə F-35 qırıcıları ilə qəfil Ankaraya gedə bilərik" açıqlamasına münasibət bildirib.
Nazir Yaşar Gülər deyib: "Hər il Türkiyəyə 60 milyon turist gəlir, gəlsin. Turistik səfər üçün gözləyirik. Gözləyirik".

''Star'': Türkiyə Milli Kəşfiyyat Təşkilatı Süleymaniyyədə əməliyyat keçirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK/KCK-nın Süleymaniyyə üzrə məsul şəxsi adlandırılan Ömər Fırat və onu müşayiət edən 2 terrorçunu İraqın şimalındakı Süleymaniyyədə zərərsizləşdirib.

''Haber Türk'': Mehmet Şimşək: ''Xarici öhdəliklərimizi azaldırıq''

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Səudiyyə Ərəbistanı ilə 5 milyard dollarlıq anbar alışının dayandırılması ilə bağlı deyib: "Ehtiyatlarımız proqramımızla artan xarici maliyyə axını və azalan xarici maliyyə ehtiyacı nəticəsində gücləndi. Bu yolla biz xarici öhdəlikləri azaldırıq”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
11
trt.net.tr

10Mənbələr