AZ

İsrail Livan ərazisinə ölümcül zərbə endirməyə hazırdır

İsrail dövlətinin hava qüvvələrinin komandanı ölkə ordusunun Livan ərazisinə ölümcül zərbə endirməyə hazır olduğunu açıqlayıb.

Onun sözlərinə görə, İsrail ordusu artıq sistemli şəkildə “Hizbullah”ın infrastrukturuna zərbələr endirir. “Biz müharibəyə hazırıq. Bütün əməliyyat planlarının həyata keçirilməsinə yalnız İsrail Hərbi Hava Qüvvələri cavabdehdir. Bizim tanış olduğumuz düşmənə isə sarsıdıcı və maksimum ölümcül zərbə endiriləcək” – General-mayor Tomer Bar deyib.

O, daha sonra İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeydə limanına son hücumunu şərh edərək qeyd edib ki, bu, sadəcə olaraq Təl-Əvivin atəşə tutulmasına cavab deyil, yəhudi dövlətinin bütün düşmənlərinə açıq siqnaldır.

//Samir Qurbanov, Editor.az

Seçilən
155
50
editor.az

10Mənbələr