AZ

Paris-2024: Keişanın ilk sınağı

Paris-2024 Yay Olimpiya Oyunlarında badminton yarışlarına start verilir.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Keişa Fatimə Zəhra da ilk matçına bu gün çıxacaq.

Qadınların fərdi yarışında çıxış edən idmançımız qrup mərhələsində qüvvəsini sınayacaq. N qrupunda yer alan badmintonçumuz I turda çinli Bing Jiao He ilə qarşılaşacaq.

27 iyul
Badminton, qadınlar
Qrup mərhələsi, N qrupu

10:30. Keişa Fatimə Zəhra - Bing Jiao He (Çin)

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
11
idman.biz

10Mənbələr