AZ

"The Times": Britaniya sənayenin ilk 10 ölkəsi sırasında Rusiyaya uduzdu

Böyük Britaniya ilk dəfə sənaye istehsalına görə ilk "onluq"dan çıxıb. 

HİT.az xəbər verir ki, bu barədə “The Times” qəzeti "Make UK"nin təhlilinə istinadən yazır. 

Nəşrin məlumatına görə, Britaniya reytinqdə səkkizinci yerdən 12-ci yerə enib. Onu Rusiya və Meksika ötüb - onlar müvafiq olaraq səkkizinci və yeddinci yerləri tutublar. Bu məlumatlar Rusiyanın müdafiə istehsalında kəskin artım müşahidə etməsi, Meksikanın isə Çindən artan investisiyalardan faydalanması ilə izah olunur. İstehsalda aparıcı yerləri Çin və ABŞ tutur.

"Make UK"nin məlumatına görə, 2023-cü ildə Böyük Britaniyanın istehsal sektoru ölkə iqtisadiyyatına ümumilikdə 217 milyard funt-sterlinq dəyərində məhsul verib. Bununla belə, sənayeni dəstəkləmək üçün ölkənin “uzunmüddətli sənaye strategiyasına” ehtiyacı olduğu qeyd edilir.

“The Times” qəzeti yazır ki, Böyük Britaniyanın istehsal sektoru əvvəlki hökumətləri bu sahədəki siyasətlərində ardıcıllığın olmamasına görə tənqid edib. "Make UK" yanaşmada dəyişiklik etməyə çağırıb. "Make UK" baş icraçı direktoru Stephen Phipson deyir ki, Böyük Britaniya uzunmüddətli milli istehsal planı olmayan yeganə ölkədir.

"Rusiyada sənaye istehsalı 2024-cü ilin birinci yarısında 4,4% artıb", deyə "Rosstat" bildirir. Eyni zamanda, iyun ayında istehsalın artımı səngiyib. Sənaye istehsalı 2023-cü ilin mart ayından etibarən davamlı müsbət dinamika nümayiş etdirir. Aylıq ifadədə maksimum artım tempi 2024-cü ilin fevralında qeydə alınıb.

Samir
 

Seçilən
150
50
hit.az

10Mənbələr