Alman futbolçu Marko Roys "Los Angeles Galaxy" klubuna keçməyə çox yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı almanla 2025-ci ilin dekabrına qədər müqavilə imzalanacaq.
Yaxın günlərdə futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün ABŞ-ə gedəcək.
Qeyd edək ki, Roys bu yay "Borussiya"nı azad agent kimi tərk edib.