EN

Türkiyə mətbuatı, 23 avqust 2024

 

“Star”: 5 ildən sonra Türkiyəyə əhəmiyyətli dəvət

  Türkiyə avqustun 29-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısına (Gymnich) dəvət olunub. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, nazir Hakan Fidan danışıqlarda iştirak etmək üçün Brüsselə gedəcək.

“Vatan”: Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib

  Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk avqustun 22-də nazirlikdə keçirilən mətbuat konfransında son bir həftədə 38 terrorçunun zərərsizləşdirildiyini bildirərək deyib: “Beləliklə, 2024-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı İraqın şimalında 868, Suriyanın şimalında isə 895 nəfər oldu”.

“Sabah”: Milli müdafiə naziri Yaşar Gülərin İndoneziya səfəri

  Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Malayziya səfərini başa vurduqdan sonra avqustun 22-də İndoneziyanın paytaxtı Cakartaya keçib. Türkiyəli nazir ​​İndoneziya Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanıb. Sonra o, seçilmiş prezident və eyni zamanda ölkənin müdafiə naziri olan general-leytenant Prabovo Subianto ilə görüşüb.

“Haber Türk”: Şərqi Qara dəniz bölgəsindən 7 ayda 11 ölkəyə bal ixrac edilib

  2024-cü yanvar-iyul ayları dövründə Şərqi Qara dəniz bölgəsinin balı ABŞ başda olmaqla 11 ölkəyə satılıb. Şərq Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədri Saffet Kalyoncu bildirib ki, 7 ayda bölgədən 335 ton bal ixrac edilib və 1 milyon 411 min 504 dollar gəlir əldə olunub.

“Hürriyet”: Fəthiyə qalasında aparılan qazıntı zamanı tapılan heykəl başı

  Türkiyənin Muğla rayonunun Fəthiyə qalasında aparılan qazıntılar zamanı Apollona aid olduğu düşünülən heykəl başı tapılıb. Fəthiyə qalası arxeoloji qazıntısının elmi rəhbəri, professor Kadir Pektaş deyib: "Heykəlin başı Apollon və ya başqa bir tarixi şəxsə aid ola bilər. Əsər eramızın 2-ci əsrinə aiddir".



Chosen
98
11
trt.net.tr

9Sources