Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin hava limanında ötən ilin oktyabrında törədilən iğtişaşların iştirakçılarına hökm oxunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, hökmə əsasən, iğtişaşların iştirakçısı olan beş müttəhim doqquz ilədək müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mahaçqala hava limanında antisemit iğtişaşlar 2023-cü il oktyabrın 29-da axşam saatlarında islam antisemitizmi zəminində baş verib. İğtişaşçılar hava limanına hücum edərək İsraildən Mahaçqalaya uçan yəhudilərə zərər vermək istəyiblər. Buna səbəb isə HAMAS-ın hücumundan sonra İsraildən təxliyə edilmiş yəhudi qaçqınlarının Dağıstanda yerləşdirilməsi və aktiv hərbi əməliyyatların başlaması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələr olub.