EN

Yanvar-iyul aylarında sosial yardımlar üzrə əhaliyə 5 milyard 116 milyon manat ödənilib

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 7 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 milyard 116 milyon manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 468,7 milyon manat və ya 10,1 faiz çoxdur.

Chosen
115
25
operativmedia.az

10Sources