EN

Şair Ramaldanov qusarlılara çağırış etdi: “Vətən müharibəsində döyüşçü olanı,sülh dövründə deputat edək”-Video

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd olan Rəşad Aslanov üçün tanınmış simalardan dəstək gəlir.

XALQ.AZ-a qərargahdan verilən məlumata görə ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Rəşad Aslanov üçün qusarlılara çağırış edib.

 

Şair Ramaldanov deputatlığa namizəd, ehtiyatda olan polkovnik  Rəşad Aslanov üçün qusarlılara müraciət edərək 1 sentyabrda ona səs verməyə çağırışını edib.  Vətən müharibəsində döyüşçu olanı, sülh dövründə deputat edək deyə bildirib.

 

Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.

Chosen
57
9
xalq.az

10Sources