EN

Ruslar Krım körpüsünü "qorumağa girişiblər"...

Rusiya hərbçiləri Krım körpüsünün müdafiəsini bir daha gücləndirmək qərarına gəlib və bununla bağlı onlar “Pantsir-S1” hava hücumundan müdafiə sistemini quraşdırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Krımskiy veter” Telegram kanalı yazıb.

Yəqin ki, Ukraynanın körpüyə hücumundan ehtiyat edən ruslar “Pantsir-S1” özüyeriyən zenit-raket kompleksini ora köçürüblər. Bu, artıq bir aya yaxındır ki, peyk şəkillərində görünür.

Monitorinq kanalında qeyd edildiyi kimi, onlar körpünün yaxınlığında hava hücumundan müdafiənin real fotolarını əldə edə biliblər.

...Və yeri gəlmişkən, "Pantsir-S1" Rusiyanın özüyeriyən zenit-raket və silah sistemidir, mühüm obyektləri və hərbi qrupları qısa və orta məsafələrdə müxtəlif növ hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulmuşdur.

Əli Babayev

Chosen
91
30
sia.az

10Sources