Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin iki qitəsini birləşdirənyüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobusxəttində qəza baş verib.
Trend xəbər verir ki, hadisəzamanı on sərnişin müxtəlif bədən xəsarətləri alıb.
Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.
Qəza şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonuərazisində qeydə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.