Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd olan Rəşad Aslanov üçün dəstək gəlməkdə davam edir.
Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.