EN

Vətən üçün hər zaman hər yerdə çalışırıq - İbrahim Kalın

Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın 30 Avqust Zəfər Bayramı münasibətilə mesaj yayımlayıb.Missiya.Az "Haber 7"yə istinadən xəbər verir ki, mesajda deyilir:

"30 Avqust Zəfər Bayramı türk millətinin yenidən dirçəliş dastanıdır. Ən çətin zamanlarda birlik və həmrəyliyin, əzm və inancın, ağıl və iradənin nələrə qadir olduğunu göstərən mübarək bir qələbədir. O, imperializmə qarşı mübarizə aparan xalqların ilham mənbəyidir. 30 avqust ruhu bu gün müstəqil, güclü və firavan Türkiyə uğrunda mübarizə aparan hamımızın inanc və əzmində yaşayır. Şəhidlərimizin əmanətinə sahib çıxmaq üçün "Vətən üçün hər an hər yerdə" şüarı ilə durmadan çalışırıq. Vəətn üçün istənilən fədakarlıq bizim üçün şərəf nişanəsidir. 30 Avqust Zəfər Bayramı mübarək olsun. “Bu qələbəni bizə hədiyyə edən əziz şəhidlərimizi, Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını sevgi və ehtiramla yad edirəm".

Zərintac MayisqızıMissiya.Az

Chosen
109
50
missiya.az

10Sources