EN

Aİ özünü müdafiə etmək üçün vasitələrə malik olmalıdır - Ursula fon der Lyayen

Aİ özünü müdafiə etmək üçün vasitələrə malik olmalıdır - Ursula fon der Lyayen

Avropa İttifaqı Şimali Atlantika Alyansının mövcudluğuna baxmayaraq, özünü müdafiə etmək və düşmənin qarşısını almaq üçün vasitələrə malik olmalıdır. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Praqada keçirilən təhlükəsizlik konfransında deyib. "NATO kollektiv müdafiəmizin mərkəzində qalmalı olsa da, özümüzü müdafiə etmək və istənilən düşmənin qarşısını almaq üçün öz imkanlarımıza ehtiyacımız var. Təhlükəsizliyimiz bizim birinci məsuliyyətimizdir", - deyə o, bildirib. Ursula fon der Lyayen bir neçə dəfə bunun NATO funksiyalarının təkrarlanması ilə bağlı olmadığını vurğulayıb.O, əlavə edib ki, payızda formalaşmalı olan Avropa Komissiyasının yeni tərkibində müdafiə üzrə Avropa komissarı postunu yaratmaq niyyətindədir. “Bu, Avropanın strateji məsuliyyətidir”, - deyə AK rəhbəri əlavə edib.

Chosen
93
50
afn.az

10Sources