EN

Zelenski Kurska buna görə hücum əmri verib - səhv edib...

Ukrayna Prezidenti Vladimir Zelenski Kursk bölgəsinə hücumu ilə Rusiyanı ABŞ-ın münaqişədə birbaşa iştirakına gətirib çıxara biləcək reaksiyaya təhrik etmək istəyib, lakin o, səhv hesablayıb.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.

"Məncə, bu, bir növ problem yaratmaq üçün son nəfəsdir. Gözləyirdilər ki, ruslar tələyə düşəcəklər. Beləliklə, Zelenski ABŞ-ın birbaşa münaqişəyə daxil olmasına nail olmaq istəyirdi", - o bildirib.

Analitik qeyd edib ki, belə bir ssenari mümkün görünmür.

Makqovern onu da vurğulayıb ki, seçkidən sonra ümumiyyətlə Amerika yardımının gələcəyi sual altında qalır.

Chosen
54
4
qaziler.az

10Sources