«Kəpəz»də işləməyə razılıq verən Azər Bağırovun rəhbərlikdən istəyi məlum olub.
Gəncə təmsilçisini Premyer Liqada saxlamaq tapşırığı alan yeni baş məşqçi transfer bazarlığının davam etdirilməsini şərt olaraq irəli sürüb.
O, qış fasiləsinədək 3 oyunçunun alınmasını vacib sayıb.
Ötən mövsüm «Araz-Naxçıvan»da uğurlu fəaliyyəti ilə yadda qalan mütəxəssis bildirib ki, indiki vəziyytdə komandanın gücləndirilməsi mütləqdir. İstər yerlilərin, istərsə də legionerlərin hesabına.
Mövsümlərarası fasilədə düşərgəyə cəlb olunan əksər əcnəbilərin Premyer Liqa standartlarına uyğun gəlmədiyini deyən A.Bağırov qeyd edib ki, transfer çalışmaları qış fasiləsində daha da gücləndirilməlidir.
SPORTİNFO.AZ