Amerikalı kino və televiziya aktyoru, rejissor və ssenarist Obi Ndifo 51 yaşında vəfat edib.
hakimiyyet.az xəbər verir ki, bu barədə sənətçinin bacısı sosial şəbəkədə məlumat verib. O, qardaşının ölüm səbəbini açıqlamayıb.
Ndifo Yale Universitetində dram təhsili alıb. O, 1990-cı illərin ortalarında "Star Trek" franşizasında ekran debütünü edib.
Filmoqrafiyasına "Columbo", "NYPD Blue", "3rd Rock from the Sun", "Angel", "The West Wing", "Eastwick", "NCIS: Los Angeles" və digər filmlər daxildir. Aktyorun ən məşhur rolu 1998-2002-ci illərdə "Dawson's Creek" teleserialında canlandırdığı şef Bodidir.
Dörd il əvvəl sənətçi Los-Ancelesdə supermarketin yaxınlığında yolsuzluq avtomobilinin üzərinə çırpılması nəticəsində hər iki ayağını itirmişdi. Dəhşətli zərbə Obinin sağ ayağını qoparıb, sol ayağını isə xilas etmək mümkün olmayıb. Ndifonun sağ qalması həkimi tərəfindən möcüzə adlandırılmışdı.