Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ötən ay ümumi dəyəri 4 milyon 022 min 156 manat оlan qaçaqmal, о cümlədən zinət əşyaları, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 321 kiloqram 997 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8439 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.