Məşhur “France Football” jurnalı ənənəvi olaraq, “Qızıl top” mükafatına namizəd olan futbolçuların adlarını açıqlayıb.
Arena.az “France Football” nəşrinin seçimi əsasında 2024-cü ildə “Qızıl top” mükafatına namizədlərin 30 futbolçudan ibarət tam siyahısını təqdim edir:
- Cud Bellingem (“Real”);
- Ruben Dias (“Mançester Siti”);
- Filip Foden (“Mançester Siti”);
- Federiko Valverde (“Real”);
- Emiliano Martines (“Aston Villa”)
- Rodri (“Mançester Siti”);
- Deklan Rays (“Arsenal”);
- Harri Keyn (“Bayern”);
- Vitinya (PSJ);
- Koul Palmer (“Çelsi”);
- Daniel Karvaxal (“Real”);
- Lamin Yamal (“Barselona”);
- Bukayo Saka (“Arsenal”);
- Vilyam Saliba (“Arsenal”);
- Hakan Çalhanoğlu (“İnter”);
- Kilian Mbappe (“Real”/PSJ);
- Alexandro Qrimaldo (“Bayer”);
- Ademola Lukman (“Atalanta”);
- Lautaro Martines (“İnter”);
- Antonio Rüdiger (“Real”);
- Artyom Dovbik (“Jirona”/”Roma”);
- Erlinq Haland (“Mançester Siti”);
- Toni Kroos (“Real”/futbolçu karyerasına xitam verib);
- Martin Edeqor (“Arsenal”);
- Daniel Olmo (“Barselona”/“Leypsiq”);
- Vinisius Junior (“Real”);
- Niko Uilyams (“Atletik”, Bilbao);
- Florian Virts (“Bayer”)
- Qranit Caka (“Bayer”);
- Mats Hummels (“Borussiya”, Dortmund/“Roma”).
Xatırladaq ki, ilin yekunları üzrə mükafatlandırma 9 seçim əsasında təqdim ediləcək:
- Kişilər arasında “Qızıl top”;
- Qadınlar arasında “Qızıl top”;
- 21 yaşa qədər ən yaxşı oyunçu üçün Kopa qəniməti;
- Ən yaxşı qapıçı üçün Lev Yaşin qəniməti;
- Ən yaxşı hücumçu üçün Gerd Müller qəniməti;
- İlin kişi klubu;
- İlin qadın klubu;
- İlin kişi məşqçisi;
- İlin qadın məşqçisi.
Seçimlər üzrə qaliblər oktyabrın 28-də keçiriləcək xüsusi mərasimdə açıqlanacaq.