EN

Cəbhədə fırtına öncəsi səssizliyi: Həlledici döyüş üçün tarix verildi

Son günlər Pokrovsk şəhəri istiqamətində Rusiya ordusunun irəliləyişi dayansa da, bura cəbhədə ən riskli yerlərdən biri olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladimir Seleznyov deyib.

Onun sözlərinə görə, Pokrovsk uğrunda həlledici döyüş payızda olacaq.

Seleznyov xatırladıb ki, ruslar bu yaxınlarda Donetsk vilayətində bir sıra yaşayış məntəqələrini tutublar, Toretskə yaxınlaşıblar, indi də Pokrovsk uğrunda həlledici döyüşün astanasındadırlar.

Ukrayna ordusunun Pokrovskda mövqelərini möhkəmləndirmək əvəzinə, Donetsk vilayətindən qüvvələrini çıxararaq Kursk vilayətinə (Rusiya) yönəltməsi ilə bağlı mətbuatda dərc olunan məlumatlar fonunda təşviş artıb. Seleznyov əmindir ki, bunlar yeri doldurulan qüvvələrdir.

Keçmiş zabitin sözlərinə görə, Pokrovska hücumlarını davam etdirən ruslar cinahları genişləndirməyə çalışırlar.

Donbasdakı ümumi vəziyyətə gəlincə, Seleznyov Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun proqnozuna inanır. Kəşfiyyat rəhbəri avqustun əvvəlində söyləmişdi ki, rusların hücumu çoxdan ləngiyir, daha bir-iki aya qədər davam edə bilər.

“Əgər onun proqnozları özünü doğrultsa, o zaman oktyabrın əvvəlinə qədər işğalçıların resursu qalmayacaq, müdafiəyə keçəcəklər və bizim qarşımızda fürsət pəncərəsi açılacaq. Bizim ondan necə istifadə etməyimiz Qərb tərəfdaşlarının köməyindən asılıdır. Təəssüf ki, xüsusi təsəlliverici xəbər yoxdur”, - Seleznyov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
161
50
teleqraf.com

10Sources