EN

Ronaldo 900-cü qolunu vurdu 

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo üçün Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Xorvatiya ilə matç əlamətdar olub. 

Yenisabah.az xəbər verir ki, 39 yaşlı forvard bu matçda fərqlənib. Nəticədə o, rəsmi matçlarda 900-cü qoluna imza atıb. 

Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl Nəsr”də 68, millidə isə 131 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ən yaxşı bombardiridir.  vakansiya

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Kriştiano millidə 213-cü matçına çıxıb. 


Telegram kanalımız
Chosen
146
35
yenisabah.az

10Sources