“Çalışacağıq yolumuza davam edək”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qarabağ”ın müdafiəçisi Toral Bayramova məxsusdur.
O, Premyer Liqanın 5-ci turunda “Zirə”ni 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb.
Bildirib ki, Çempionlar Liqasının pley-off mərhələsinə Zaqreb “Dinamo”suna məğlubiyyətdən sonra bu görüşə psixoloji cəhətdən hazırlaşmaq çətin olmayıb:
“Mövsüm ərzində oyunlar çox olur. Biz hər dəfə başa çatan matçı unudub, digərinə köklənirik”.
Matçda hesabı açan 23 yaşlı futbolçu vurduğu qolun bir qədər gözlənilməz alınması fikrinə belə münasibət bildirib:
“Mən tez-tez başla qol vurmuram. Ola bilər, ona görə qəribə görünsün. Fikrimcə, əla qol idi”.