EN

"Qələbə qazanmağa çalışacağıq" - Toral Bayramov

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Millətlər Liqasının 2-ci turunda Slovakiya ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında açıqlama verib. 

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı müdafiəçi meydana qələbə üçün çıxacaqlarını deyib: “Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Qeyd edək ki, matç Slovakiyanın Koşitse Futbol Arenasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Chosen
170
2
bakivaxti.az

10Sources