EN

GÜMRAH ÖMƏR: “Bu teatr mənim üçün tükənməz sərvət kimidir” - MÜSAHİBƏ

Bir çox “olmaz”ları aşaraq “olar” yarada bilən insanlar istedadın dadını dadmış insanlardır. Müsahibim YUĞ dövlət teatrının quruluşçu rejissoru və ADMİU-nun müəllimi Gümrah Öməri də belə insanların içərisində ön cərgədə görmək mümükündür. - Gümrah müəllim, YUĞ teatrında  bu mövsümdə sizin quruluş verdiyiniz hansı tamaşalar var?- Hazırda bizim repertuarımızda mənim hazırladığım iki tamaşa nümayiş olunur.  Biri M.F.Axundzadənin “Müraviyyə vəkilləri” hekayəti əsasında “Şəbədə” tamaşasıdır, biri isə Henrix İbsenin “Vahimə” əsəri əsasında “Vəsvəsə” tamaşasıdır. Təbii ki, növbəti teatr mövsümü üçün biz yeni tamaşalar üzərində işləməyə başlayacağıq. Bizim digər rejissorlarımız var ki, onlar iş üzərində çalışırlar. Onlar  işlərini yekunlaşdıran kimi biz də yeni tamaşanın məşqlərinə başlayacağıq. Yeni tamaşamız isə hələ ki, sirr olaraq qalsın.- Gümrah müəllim öz aktyoruna əmr edən rejissordur, yoxsa aktyoru oynamağa sövq edən rejissorudur?- Məncə, əmr və məcburiyyət biz tərəfdən olmamalıdır. Biz tərəfdən təklif olmalıdır. Aktyor, sənətçi- oyunçu məsuliyyətini dərk edən  və peşəkar  insan olduğuna görə bunu əmr kimi yox, vacib bir məsələ kimi  qavrayırlar. Biz də əməkdaşlığmızı davam etdiririk. - Teatr canlı sənətdir. Aktyorun eyni rejsti hər dəfə uğurlu olmaya bilər. Siz bunu hiss edəndə aktyora deyirsiniz, yoxsa səhvini düzəltməyi onun özünə həvale edirsiniz?- Biz çalışırıq ki, həmfikirlərimizlə işləyək. Bu zaman əgər biz həmfikiriksə, hər bir cəhdi  sonra müzakirə  edirik. Çünki burda üzgörənliyə bir yer qalmır.  Əgər işimizin yaxşı olmağını istəyiriksə, səhvlərimizi tapıb, onun üzərində mütləq işləməliyik.  Qüsurlarmızın  olmamağına çalışırıq.  Uğurları dilə gətirmək, qüsurları isə xatırlamaq lazımdır.- Niyə məhz “YUĞ” teatrı?...- İlk növbədə rejissorluq fəaliyyətinə Yuğ teatrında başlamışam. Bu teatr mənim üçün doğmadır. Digər teatrlarla da əməkdaşlıq edirik.  Bizim çox istedadlı, bacarıqlı  rejissor dostlarımız var. Biz onlarla birlikdə çalışmağı özümüzə qadağan etməmişik (gülür). Lazım olduqca digər teatrlarla əməkdaşlıq edirik.  Mən 3 il yarım  Gəncə Dövlət Dram teatrında da çalışmışam. Mənim orda çox istedadlı və dəyər verdiyim sənətçi dostlarım var. Digər teatrlarla əməkdaşlıq etməyə çox həvəsli və maraqlıyam. Ancaq rejissor kimi əsas iş yerim YUĞ teatrıdır. Bu teatrın özəl poetikası, metodikası var. Biz də bunu öyrənmişik.  Bu bizim üçün çox maraqlıdır, önəmlidir “Yuğ” teatrı mənim üçün tükənməz sərvət kimidir. Ömür boyu gedəcək bir yol kimidir.-Əsərləri seçərkən onu dərhal göz önündə canlandırırsınız, yoxsa əsər haqqında düşünmək üçün özünüzə zaman verirsiniz?-Məncə, hər bir insan istənilən ədəbi materialı oxuyanda onun gözünün önündə nələrsə canlanır. Personajların karakterindən, kimliyindən  aslı olmayaraq, müəyyən aktyorlar göz önündə dayanır. Təbii ki, bu, ilkin yanaşmadır.  Sonradan düşünmək, daha dəqiq fikirlər irəli sürmək, daha geniş idealar vermək prosesi başlayır.  Bizim teatrda aktyorlar istənilən rolları ifa edə bilir. Aktyor ona verilən tapşırığı yerinə yetirməlidir. -Bir aktyor hansısa rolu ifa etməyi özünə qadağa qoya bilər?-Hər halda aktyor da bir insandır. Onun da öz prinsipləri var. Bu başadüşüləndir. Ancaq sənətçi ona verilən hər rolu oynamaq iqtidarında olmalıdır. Aktyor özünə qadağa qoymasa yaxşıdır. - İnsanların şablonlaşdırdığı bir ifadə var: “İncəsənət qurban tələb edir”. Maraqlıdır, qurban dedikdə nəyi nəzərdə tuturlar?-Bilirsiniz, bu sənətdə var olmaq olduqca çətindir. Həm psixoloji, həm sosioloji baxımdan bu sənətin ağırılığı var. İnsanlar da bu ifadəni bir bənzətmə kimi işlədirlər. Bununla razılaşmaq olar ki, insan bu sənətə tamamilə özünü həsr etməlidir. Onda bir şeylərə bəlkə də nail olmaq olar. Bu fədakarlığa kimsə qurban,  kimsə həsr etmək  deyə bilər. Görünür ki, bu sənət insandan daha çox sevgi, diqqət və zəhmət tələb edir. -Məlum məsələdir ki,  aktyorların və rejissorların maddi durumu ürəkaçan olmaya bilər. Bəlkə insanlarda həmin fikir bundan dolayı formalaşıb...- Əlbəttə, məsələnin həm maddi, həm mənəvi tərəfi var. Təbii ki, asan deyil. İndiki dövrdə teatrda çalışmaq, sənətçi olmaq həm cəsarət, həm də böyük dözüm tələb edir. - Gümrah müəllim, son günlərdə bir yenilik oldu. Ağdam teatrında “Naməlum Axundzadə” tamaşasını səhnələşdirdiniz. Tetar haqda təsuratlarınızı bilmək maraqlı olardı..-Mənim üçün çox maraqlı oldu. Bildiyiniz kimi, bu il Azərbaycan teatrının 150 illik yubileyi idi. Bununla əlaqədar Mədəniyyət Nazirliyi form keçirdi. Biz də tədbirdə iştirak etdik. Biz sıra məslələr müzakirə olundu. Məlum oldu ki, deyilənlər sözdə qalmadı. Müəyyən yeniliklər var. Bu baxımdan Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq ilk növbədə “Ustad dərsi” keçməyi planlaşdırdıq.  Onun da nəticəsində bir tamaşa hazırlandı. Orda çox isti bir münasibtə var idi. Məncə, bu, ən önəmli və vacib məsələdir. Biz hətta yenidən görüşmək, yeni layihələr üzərində  işləmək haqqında danışdıq. Bu, mənim üçün məhsuldar prosses oldu. Məlumdur ki, hər yerdə istedadlı insanlar var. Yetər ki, o istedadlı insanlarla doğru ünsiyyət qurulsun. Hesab edirəm ki, kifayət qədər biz o ünsiyyəti qura bildik. Təbii ki, o teatrın yerləşdiyi məkan o qədər də ürəkaçan deyil, müəyyən texniki  çatışmazlıqları var, əsl teatr binası deyil. Arzu edək ki, həmin Ağdam teatrı öz məkanına geri dönsün. Biz də onlarla yenidən əməkdaşlıq edərik. - Bölgə teatrı tamaşaçı qıtlığı yaşayır...- Ümumi deyə bilmərəm. Amma bizim tamaşada zal tam dolu idi. Təbii ki, biz də postdramatik teatr  xarakterli  bir tamaşa hazırlamışdıq. Ənənədən uzaq bir tamaşa idi. İnsanların ona necə maraqla baxmağı, müəyyən nüanslara reaksiya vermələri məni çox sevindirdi. Xalqımızın daim teatra sevgisi olub. Gənclərin teatra marağının olması çox sevindiricidir. Həmin tamaşada hər nəslin nümayəndələri vardı. Ancaq gənclər daha çox idi. Bu sevindirici haldır. - Həm də pedaqoqsunuz. Hansı keyfiyyət, hansı xarakter, hansı məqam bir tələbədə sizi cəlb edə bilər?-Pedaqoji fəaliyyətin də öz mürəkkəbliyi var. Hesab edirəm ki, tələbəyə fərdi yanaşmaq gərəkdir. Çünki onlar hamsı eyni cür deyil. Biri tez, biri gec qavrayandı, biri çox məsuliyyətli, digəri məsuliyyətsizdir v.s.  Bu məsələlər onların kimliyini göstərən məsələlərdir. Bizim vəzifəmiz və borcumuz onlara sənəti öyrətmək, bildiklərimizi dəqiqliklə doğru-düzgün aşılamaqdır. Bildiyiniz kimi biz aktyor və rejissorlara dərs keçirik. Onlar yaradıcı insanlardır. Onların özləri ilə məşğul olmaq, özlərini tanımaq, onların bir sıra məsələlərini çözmək üçün onlara dəstək olmalıyıq.  Özlərini özlərinə tanıtdırmalyıq.- Özlərini özlərinə tanıtdırmaq çətin məsələdir?...-Olduqca çətindir. Bu məsələ kifayət qədər səbr tələb edən məsələdir.-Teatr səhnəsində çıxış etmək asandır, yoxsa sosial məsələlərdən çıxış yolu tapmaq?- Sosial məsələlərdə təcrübəm elə də çox deyil. Baxıram ki, sosial məsələlərdə bir sıra yanlışlıqlara yol verirəm. Elə şeylər olur ki, diqqət yetirmirəm.  Məni daha çox yaradıcılıq, teatr məsələləri məşğul edir. Çalışmaq lazımdır ki, başqasının azadlığını əlindən almayasan, başqasına bir ziyan vurmayasan. Çünki bunlar son anda insanın özünə qarşı yönələn bir məsələdir.- Yaradıcılığınızda hansı yeniliklər gözlənilir?...- Türkiyənin Mersin şəhərində beynəlxalq teatr festivalı keçirilir. YUĞ teatrı da bu festivala dəvət alıb. Biz da hazırda qostrol səfərinə hazırlaşırıq. Mersin teatrında mənim quruluş verdiyim Henrix İbsenin əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşası ilə iştirak etmək fikrindəyik.Eyni zamanda paralel olaraq teatrımızın poetikası haqda gənclərlə “Ustad dərsi”miz olacaq.Əntiqə Kərimzadə 

Chosen
574
11
adalet.az

10Sources