EN

Arvadına bahalı hədiyyələri verilən baş nazir istefa verə bilər - Proqnoz

"Böyük Britaniyanın baş nazir Kir Starmerdən narazılıq getdikcə artır. Buna səbəb təkcə milyarderin həyat yoldaşına verilmiş hədiyyələrlə bağlı səs-küylü qalmaqal deyil, həm də Ukraynaya dəstək məsələsi ilə bağlı ritorika ilə bağlıdır".

HİT.az xəbər verir ki, bunu politoloq Aleksandr Akimov NSN-yə deyib.

Baş nazir Kir Starmer parlament qanunlarını pozmaqda ittiham olunur. Qeyd olunur ki, multimilyonçu leyborist həmkarı Lord Alli Viktoriya Starmer (Baş nazirin xanımı) üçün dəbdəbəli paltarlar hədiyyə edib. Baş nazir xanım Starmerlə birlikdə qəbul etdikləri geyimləri bəyan etmədiyi üçün parlament qaydalarını pozub. Sərvəti 200 milyon funt-sterlinq dəyərində qiymətləndirilən onlayn moda pərakəndə satış şirkəti "Asos”un keçmiş sədri olan Alli onlara 18 min 685 funt sterlinq dəyərində şəxsi geyim və bir neçə cüt bahalı eynək hədiyyə edib. İddia edilir ki, Starmerlərin seçkiqabağı Bukinqem sarayında qonaqlanmasını da Alli öz üzərinə götürüb.

İndi Britaniyada siyasi vəziyyət artıq keşməkeşli vəziyyyətdədir, əmək haqqının artırılması, islahatlar, miqrasiya siyasəti və digər məsələlər həll olunmamış qalır. Bunun fonunda baş nazirlə qalmaqal xüsusilə güclü olacaq.

"Xatırlatmaq istərdim ki, Rişi Sunak Britaniya cəmiyyətində, xüsusən də baş nazir kimi fəaliyyətinin son aylarında o qədər də populyar deyildi. Prinsipcə, indi eyni şey Kir Starmer və onun təmsil etdiyi Leyboristlər Partiyasının başına gələ bilər", deyə Aleksandr Akimov hesab edir.

Bütün bunlar Starmerin istefası ilə başa çata bilər. Politoloqun fikrincə, müxalifət indi daxili siyasətin bütün əsas uğursuzluqlarını və yanlış hesablamaları hazırkı hökumətin üzərindən atmağa çalışacaq. "Baş nazirin əsas opponentləri artıq bunu etməyə başlayıblar", deyə politoloq yekunlaşdırıb.

Samir
 

Chosen
213
44
hit.az

10Sources