EN

Venesuela məhkəməsi Argentina Prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verib.

"Report" TASS-a istinadən xəbər verir ki, order Buenos-Ayresdə olan Venesuelanın Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlıdır.

Venesuela Baş Prokurorunun sözlərinə görə, Argentina lideri xüsusilə ağır oğurluqda ittiham olunur.

Argentina Xarici İşlər Nazirliyi isə təyyarənin ABŞ-yə təhvil verilməsi ilə bağlı qərarın Argentina məhkəməsi tərəfindən verildiyini nəzərə alaraq, Miley ilə bağlı istintaqı əsassız adlandırıb.

 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
6
sam.az

8Sources