EN

Qurban Qurbanovdan Qara Qarayevlə bağlı suala cavab

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçuları, iki gün əvvəl “Neftçi”dən rəsmən ayrılan Qara Qarayev barədə danışıb.

Bizim.Media xəbər verir ki, bu gün Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı oyunundan (4:0) sonra təşkil edilən mətbuat konfransında Q.Qurbanova Q.Qarayevin “Qarabağ”a qayıdışının mümkünlüyü barədə barədə sual ünvanlanıb.

Ağdam klubunun baş məqçisi buna cavab olaraq deyib:

“Bu gün komandada belə fikir (Qaranın qayıtması - red.) yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni təəssüfləndirir. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
7
bizim.media

8Sources