EN

PSJ Mbappeyə pul ödəmək istəmir

style='margin-bottom:10px;'>

PSJ Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin Paris klubunun sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaşın ödənilməsinə dair qərarından apellyasiya şikayəti verib.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 

Bundan əvvəl Mbappe bütün tərəflərinin iştirakı ötən həftə LFP Hüquq Komitəsində çıxış edib. Yekun qərara əsasən, PSJ-nin 26 yaşlı forvarda 55 milyon avro ödəməli olduğu təsdiq edilib.

Məbləğ ödənilmədiyi halda kluba müəyyən sanksiyalar tətbiq edilə bilər. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.

PSJ isə LFP-nin qərarına görə apellyasiya şikayəti verib.

Qeyd edək ki, Mbappe bu yay PSJ-dən ayrıldıqdan sonra "Real"a keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
teleqraf.com

3Sources