EN

Xankəndidə 4 nömrəli məktəb 23 sentyabrda tədrisə başlayacaq – Anar Məcidov

Xankəndidə 4 nömrəli məktəb tədrisə 23 sentyabr tarixində başlayacaq.

Bunu  Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov bildirib.

O qeyd edib ki, 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb.

“Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb. Hazırda 296 şagird rəsmi qeydiyyatdan keçib, Eyni zamanda 57 şagird isə gözləmədədir. Elektron system yaxın günlərdə açılacaq və həmin şagirdlər rəsmi qeydiyyatdan keçəcək. Məktəbin direktoru müəyyənləşib və rəsmiləşib. Həmçinin müəllim kollektivi də təsdilənib. Seçilən müəllimlər qiymətləndirmədə yüksək nəticə göstərən şəxslərdir.

Bununla yanaşı, Xankəndi ilə bərabər Kərkicahan qəsəbəsində uşaq bağçası və 1 nömrəli tam orta məktəb hazır vəziyyətə gətirilib və yaxın zamanda açılışı gözlənilir”, – deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
banker.az

3Sources