Qazaxıstanın Türküstan bölgəsindəki koloniyada məhbuslar üsyan qaldırıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, məhkumlar saxlanma rejimindən narazıdırlar.
Qiyam nəticəsində Milli Qvardiyanın iki əsgəri, həbsxananın isə bir əməkdaşı yaralanıb. Vəziyyətin stabilləşdiyi bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.