Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
Nazirliyin çağırışında daha sonra vurğulanır:
"Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Bütün bunları nəzərə alaraq bir daha çağırış edirik ki, həmin hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31