EN

ATV-dən yayılan məlumatla bağlı rəsmi olaraq

"Azad Azərbaycan" televiziyası haqqında yayılan məlumatlarla bağlı münasibət bildirib.

Bildirilir ki, jurnalist Samir Feyruzov “Facebook” sosial şəbəkəsində ATV ilə bağlı həqiqəti əks etdirməyən post paylaşılıb.

İddiaya görə, bir müddət əvvəl ATV telekanalına təklif olunan seriallardan birinin qəbul edilməməsinin səbəbi kimi həmin layihədə trans, gey obrazının olmaması olub. Və həmin obraz seriala daxil edildikdən sonra layihə ekranlaşdırılıb.

Bəyanatda vurğulanır ki, bununla bağlı ortaya heç bir fakt qoyulmayıb və ATV-nin imicinə xələl gətirmək istəyi, telekanalın ünvanına şər-böhtan atılması yol verilməzdir.

ATV telekanalı sözügedən postla bağlı qarşı tərəfdən faktların təqdim edilməsini tələb edib.

"Əks halda, bu yazının sifarişli yazı olması ehtimalı dəqiqləşəcək və biz ATV telekanlının imicinə xələl gətirməsi, həqiqəti əks etdirməyən məlumatları paylaşması və telekanalın ünvanına şər-böhtan atması, kanalı təhqir etməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik.

Mətbuat Şurası, Media İnkişaf Agentliyi və Audiovizual şuradan məsələni diqqətdə saxlamağı və bu mövzunu araşdırmaqlarını xahiş edirik", - deyə rəsmi açıqlamada bildirilib.

Chosen
21
21
seherxeber.org

10Sources