Qonşularla münasibətlərin tənzimlənməsi Ermənistan Respublikasının əsas prioritetlərindən biridir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan G20 nazirlərinin ikinci iclasında bildirib
Diplomat qeyd edib ki, davamlı sülh olmadan davamlı inkişafa nail olmaq mümkün deyil: "Bu gün bir çox regionlarda inkişafın tərəqqisinə ciddi zərbə vuran təcavüzün, silahlı münaqişələrin, geosiyasi gərginliyin, inamsızlığın şahidi oluruq.
Qonşularla münasibətlərin tənzimlənməsi Ermənistan Respublikasının əsas prioritetlərindən biridir və biz regionumuzda sülh və sabitliyin bərqərar olması üçün səylərimizi əsirgəmirik. Biz sülh gündəliyinin mühüm hissəsi kimi “Sülhün kəsişməsi” konsepsiyasını işləyib hazırlamışıq və təqdim etmişik. Bu layihənin əsas mənası Ermənistanla qonşu ölkələr arasında qarşılıqlı əlaqəni inkişaf etdirməkdir. Əminik ki, regionda və ondan kənarda dialoq, sülh və firavanlıq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında Cənubi Qafqazda bütün regional infrastrukturun blokdan çıxarılması, malların və vətəndaşların daşınması üçün yeni imkanlar yaradacaq, siyasi inkişafa töhfə verəcək. Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün beynəlxalq tərəfdaşlarımızın dəstəyinə arxalanırıq".
Ağarza Elçinoğlu