EN

Kurban Berdıyev: "Heç-heçə ədalətli nəticə idi"

"Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VIII turunda "Şamaxı" ilə oyunda qeydə alınmış 2:2 hesablı nəticəni .ərh edib: "Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik".

Qeyd edək ki, "Turan Tovuz" son 3 turda 2 dəfə heç-heçə oynayıb, 1 dəfə uduzub.

İdman.biz

Chosen
16
3
idman.biz

8Sources