EN

Tokayev: Bölünməz Avrasiya təhlükəsizliyi ideyası dayanıqlı dünya nizamının əsasını təşkil edə bilər

Beynəlxalq ictimaiyyətin konstruktiv dialoqu bərpa etmək üçün gərginliyin azaldılmasına və yeni müsbət gündəliyə ehtiyacı var.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Avrasiya məkanında dayanıqlı inkişaf və təhlükəsizlik” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, görünməmiş geosiyasi qeyri-sabitlik şəraitində diplomatiya həlledici rol oynayır.

"Geosiyasi və geoiqtisadi transformasiya, qlobal iqlim və demoqrafik çağırışlar, yeni pandemiya təhdidləri, texnoloji tərəqqi, o cümlədən süni intellektin tətbiqi fonunda strateji sabitlik və dayanıqlı inkişaf məsələləri hamımız üçün böyük əhəmiyyət kəsb edir. Gəlinən nəticə göz qabağındadır - beynəlxalq birliyin konstruktiv dialoqun bərpası üçün gərginliyin azaldılmasına və yeni müsbət gündəliyə ehtiyacı var. Buna görə də vahid, bölünməz Avrasiya təhlükəsizliyi ideyası çoxqütblü, ədalətli və dayanıqlı dünya nizamının qurulması üçün konseptual əsas ola bilər”, - Tokayev bildirib.

Mənbə: report.az

Chosen
84
2
report.az

4Sources