EN

Hansısa Aşot bunu kağız parçası adlandıra bilməz: Bakının son şərti belədir

Ana Vətən Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyan BMT tribunasında COP29-a qədər Azərbaycanla sülh sazişini imzalamağın mümkünlüyünü ifadə edib. Erməni tərəfini bu məsələdə tələsdirən səbəblər nədir? vakansiyalar

- Ermənistan baş nazirinin Bakıda keçiriləcək COP29 tədbirlərinə qədər sülh sazişi imzalamağa hazır olduğunu bəyan etməsi növbəti erməni riyakarlığı və hiyləgərliyinin yeni bir formasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyini Paşinyan bilməmiş deyil. Nə qədər ki Ermənistan konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina edilməyibsə, heç bir sülhdən söhbət gedə bilməz. Sadəcə olaraq Paşinyan BMT tribunasından özünü sülhpərvər kimi təqdim etməyə çalışıb. O, eyni zamanda Azərbaycanla normal münasibətlərin qurulmasında maraqlı olduğunu riyakarcasına ortaya qoydu. Bunun başqa bir adı yoxdur.

- Qarşı tərəf iddia edir ki, sülh sazişi imzalanıb təsdiq üçün Ermənistan konstitusiya məhkəməsinə göndəriləcək. Bunun nəticəsinə uyğun olaraq konstitusiya dəyişikliyinə gedilə bilər. Deyilişi çox sadə səslənən bu məntiqə necə inanmaq olar?

- Bu, çox dolaşıq bir məntiqdir. Burada öncə sülh sazişinin bu halda necə imzalana biləcəyinə fikir vermək lazımdır. Bakının aydın və konkret tələbi icra edilmirsə, bu mümkün görünmür. Dəfələrlə bəyan edilib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi dəyişə biləcək siyasi konyuktura üçün alət ola bilməz. Azərbaycana qarşı ərazi iddialarına hüquqi cəhətdən son qoyulmadıqca, imzalanacaq sülh sazişi Ermənistanda dəyişəcək siyasi hakimiyyət üçün heç bir əsas olmamalıdır. Paşinyandan sonra hakimiyyətə gələcək hansısa bir Aşot imzalanmış sənədi kağız parçası adlandırıb kənara atmaqla, yeni bir vəziyyət yarada, revanşizmi körükləməklə müharibə şəraiti yarada bilər. Ona görə də, real məntiq Paşinyanın səsləndirdiyi əsassız iddiaları alt-üst edir.

- Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sazişini imzalanmasına hansı halda razılıq verilə bilər?

- Azərbaycan heç bir halda Ermənistan konstitusiyası və hüquqi aktları dəyişilmədən sülh sazişi imzalamayacaq. Ölkə Prezidentinin də bu məsələdə qətiyyətli mövqeyi hər kəsə bəllidir. Azərbaycan Prezidentinin sözü imzası qədər etibarlıdır.


Telegram kanalımız
Chosen
32
50
yenisabah.az

10Sources