EN

Daha bir inşaat şirkəti BFB-də səhm buraxaraq kapital cəlb etmək istəyir

Azərbaycanda inşaat şirkəti “Diadem” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını artırmaq üçün Bakı Fond Birjasında səhm buraxmaq istəyir.

Banker.az xəbər verir ki, şirkət hər bir səhmin dəyəri 750 manat olan 134 ədəd adi, adlı, sənədsiz səhm buraxacaq.

Bu səhm emissiyasından sonra, şirkətin nizamnamə kapitalı 100,500 manat artırılmış olacaq. Hazırda şirkətin nizamnamə və ya səhm kapitalı 3 000 000 manatdır.

“Diadem” ASC-nin səhmlərinin 75 faizi (3000 ədəd) Elbrus Nəbiyev Ənvər oğluna, 25 faizi ( 1000 ədəd) isə Kəmalə Dostumalıyeva Qocakişi qızına məxsusdur. Hər iki şəxs Azərbaycan vətəndaşıdır.

Şirkətin icra sturkturuna Fuad Dostumalıyev Azər oğlu rəhbərlik edir.

Şirkət səhmlərini alarkən investorların ən çox diqqət çəkdiyi məqam onun biznes fəaliyətinin hansı durumda olmasıdır. 2017-ci ildə təsis edilən “Diadmen” keçən il 1.86 milyon manata yaxın xalis mənfəət əldə edib. Lakin, bu 2021 və 2022-ci ildə qeydə alınan müvafiq 9.31 mln. manat və 7.27 mln. manat xalis mənfəət əldə etmişdi.

Bununla belə, şirkətin 3 mln. manatlıq nizamnamə kapitalı ilə birlikdə yığılmış illərin xalis mənfəətindən sonra xalis aktivlərin həcmi 4.99 mln. manatdır. Şirkətin 102.92 mln. manat aktivlərə, 97.93 mln. manat cəmi öhdəlikləri var.

Əlavə olaraq, şirkət barəsində internet səhifəsi olmadığından onun indiyə qədər hansı layihələri gerçəkləşdirdiyi ilə bağlı geniş məlumat yoxdur. İnternetdə yalnız adına tenderlərin qalib olması ilə bağlı məlumatlar var.

Broker “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Qeyd edək ki, bundan öncə Kristal Abşeron şirkətinə yaxın olan “Kristal Bakı” ASC səhm buraxmışdı.

Chosen
218
50
banker.az

10Sources