EN

Rusiya əleyhinə "öldürücü qərar" verilir - NATO 

NATO-nun yeni baş katibi Ukraynanın Rusiyadakı hədəflərə uzaqmənzilli zərbələr endirməsinə qoyulmuş qadağanın götürülməsini dəstəkləyib.

Ölkə.Az xəbər verir ki, NATO-nun yeni baş katibi Mark Rutte məsələ ilə bağlı açıqlamasında deyib: "Ukraynanın özünümüdafiə hüququ var. Bildiyimiz kimi, beynəlxalq hüquq var və beynəlxalq hüquqa əsasən, bu hüquq sərhəddə bitmir. Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək isə o deməkdir ki, onlar işğalçının ərazisindəki qanuni hədəfləri də vura bilərlər”.

Bununla belə, yeni baş katib qeyd edib ki, belə qərarlar bu silahları ötürən müttəfiqlər tərəfindən verilməlidir.

Baş katib əmindir ki, güclü müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik mümkün deyil.

Mürtəza
Ölkə.Az

Chosen
108
3
olke.az

4Sources