Bakı, 3 oktyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə İsmayıllı rayonunda bir-neçə ərazidə təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri İsmayıllı rayonunda Şəhid Elnur Səmədov adına küçədə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 32-ci kilometrində və Quşencə-Zoğallıq avtomobil yolunda yerləşən ərazilərdə təmir işləri aparılıb.
Təmir olunan ərazilərin ümumi sahəsi 1852 kvadratmetr təşkil edir.