EN

Avro son beş ayda ən pis “itkilər zolağını” girib

Avro treyderləri Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini daha aqressiv şəkildə endirməsini proqnozlaşdırmaları nəticəsində aprel ayından bəri ən uzun uğursuzluq zolağını yaşayır.

Banker.az Bloomberg-ə istinadla xəbər verir ki, iqtisadi blokun vahid valyutası artıq beşinci gündür ki, düşür və keçən həftə əldə edilmiş 14 aylıq maksimum səviyyədən geri çəkilir. O vaxtdan bəri treyderlər ECB-nin bu ay faiz dərəcəsini endirmə ehtimalını təxminən 90%-ə qədər artırıblar, çünki inflyasiyanın azalması və biznesdəki əhval-ruhiyyənin pisləşməsi tənzimləyicinin rəsmilərini yumşalma siyasətini təsdiqləməyə sövq edir.

Bu bazarda ECB-nin faiz dərəcələrini endirməkdə ABŞ Federal Ehtiyat Sistemindən geri qalacağı ilə bağlı yaranmış ümumi fikirlə ziddiyyət təşkil edir. Bu həftə ABŞ-da möhkəm məşğulluq göstəriciləri artıq FED-in dərəcələri yarım faiz bəndi endirməsi gözləntilərini soyutduğu üçün avro üçün növbəti sınaq cümə günü ABŞ-ın məşğulluq haqqında əsas məlumatları ilə təsdiqlənəcək.

“FED-in faiz dərəcələrini endirməkdə tələsməməsi və bazarda ECB-nin bu ayın sonlarında faizləri azalda biləcəyi ilə bağlı yüksək gözləntilərin birləşməsi avro/dollara təzyiq göstərməyə davam edir” – deyə, “UniCredit SpA” valyuta strategləri, o cümlədən Roberto Mialiç öz qeydlərində yazırlar.

Bu həftə avro dollara nisbətdə 1%-dən çox ucuzlaşıb və 55 günlük hərəkətli ortalama səviyyəsi  (MA) olan 1.1028 dollarda əsas texniki dəstək səviyyəsinə yaxınlaşır. Bu səviyyənin altına düşmək, valyutanın ilin sonunda 1.11 dollar səviyyəsində qalacağını proqnozlaşdıran “Bloomberg” strateqlərinin orta proqnozunu şübhə altına qoyaraq, əlavə itkilər üçün qapı aça bilər.

Avro sonuncu dəfə belə uzun müddət apreldə düşmüşdü və bu da FED-in faiz dərəcələrinin endirilməsi gözləntilərini təxirə salması ilə bağlı idi. İndi pul bazarları 2025-ci ilin sonuna qədər FED-dən təxminən 180 baza bəndi, ECB-dən isə təxminən 170 baza bəndi faiz endirimi gözləyir, bu da iki həftə əvvəlkindən xeyli azdır.

Chosen
53
47
banker.az

10Sources