EN

Ruan Renato Premyer Liqada 100-cü oyununu keçirdi

“Zirə”nin mərkəz müdafiəçisi, braziliyalı futbolçu Ruan Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Azərbaycan Premyer Liqasının 9-cu turuna təsadüf edib.

Ruan “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada çıxdığı 100 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Renato Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.

Onun debütü 2021/2022 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) şans qazanıb.

Xatırladaq ki, “Turan Tovuz” – “Zirə” görüşündə qərblilər 1:0 hesabı ilə qələbə qazanıblar.

Ruan Renato 2023-cü ilin iyulundan “Zirə”də çıxış edir. O, 2021-ci ilin avqustundan “Zirə”yə keçənə qədər də “Qəbələ”də forma geyinib. Braziliyalı oyunçu karyerası ərzində “Ponte Preta”, “Yuventude”, “Fiqeyrense”, “Vitoriya”, “Austriya” (Vyana) və “Botafoqo” kimi klublarda da çıxış edib.

Chosen
20
14
arena.az

10Sources