EN

Bakıda Təhsilin İnkişafı Forumu keçirilir

Bakıda Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.

Modern.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan tərəqqiyə" konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub.

Forumun açılış mərasimində qeyd olunub ki, əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.

Tədbir üç panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaq. Dövlət-universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.

Qeyd edək ki, Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 2023-cü il noyabrın 1-də 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.

Chosen
81
25
modern.az

10Sources