ABŞ Dövlət Departamenti İranda neft ticarəti ilə məşğul olan 16 təşkilata sanksiya tətbiq edildiyini açıqlayıb.ABŞ Dövlət Departamentindən verilən açıqlamada bu sanksiyaların İranın enerji gəlirlərini azaltmaqla beynəlxalq təhlükəsizliyi artırmaq məqsədi daşıdığı bildirilib.Sanksiyalar hədəfə alınan qurumların ABŞ-dakı aktivlərini donduracaq və onlara Amerika vətəndaşları ilə iş görməyi qadağan edəcək.Bəyanatda İranın neft ticarətindən əldə etdiyi gəlirlərin xüsusilə nüvə fəaliyyətlərini dəstəkləyən qruplara ötürüldüyünə də diqqət çəkilib.Mənbə: DHA