Aparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində “Maşın bazarı”nda avtomobil satıcılarını tənqid edib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, yay aylarında həmin satıcılar əyinlərindəki mayka ilə alıcılara maşın satırlar:
“Babək prospekti, “Xalqlar Dostluğu” metrosu tərəfdə “Maşın bazarı” adlanan bir yer var. Bu gün təkcə kişilər avtomobil sürmürlər. “Maşın bazarı”na kişilər tək gəlmirlər. Ailə üzvləri ilə birlikdə gəlirlər. “Mayka”da o tüklü qolla çıxan, az qala alt paltarda gəzən satıcılar var. Buna bir nəzarət olunmalıdır. Xüsusi ilə yay aylarında. Biabırçılıqdır! azal vakansiya
Kişilərin “arvadı-uşağı” olur, qadın sürücülərimiz var. Avtomobil yolunun düz ortasına çıxıb, əllərində “plyonka” satıllar. Onlar lap “Formula 1”dəki bayrağı yelləyib "saxla" komandasını verən işçiləri xatırladırlar”.
Telegram kanalımız