EN

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

hakimiyyet.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

21:43

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.

hakimiyyet.az xəbər verir ki, qonaqlar növbəti dəfə fərqləniblər - 1:3.

87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.

21:37

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.

hakimiyyet.az xəbər verir ki, qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 1:2.

75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.

21:02

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.

hakimiyyet.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

20:47

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

hakimiyyet.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

20:39

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci qol vurulub.

hakimiyyet.az xəbər verir ki, 37-ci dəqiqədə Toral Bayramov hesabı bərabərləşdirib - 1:1.

20:16

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.

hakimiyyet.az xəbər verir ki, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rahil Məmmədov avtoqol müəllifi olub.

20:01

UEFA Millətlər Liqasında Azərbaycan və Slovakiya millilərinin qarşılaşdığı matç start götürüb.

hakimiyyet.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

19:45

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Azərbaycan və Slovakiya millilərinin start heyətləri açıqlanıb.

hakimiyyet.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı 11-liklə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Qismət Alıyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Mahir Emreli, Ramil Şeydayev.

Slovakiya: Marek Rodak, David Hançko, Lubomir Satka, Milan Şkrinyar, Peter Pekarik, Ondrey Duda, Stanislav Lobotka, Laslo Beneş, Tomas Suslov, David Strelets, Lukas Qaratslin.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.

08:00

Bu gün UEFA Millətlər Liqasında növbəti görüşünü keçirəcək Azərbaycan millisi Slovakiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

hakimiyyet.az xəbər verir ki, IV turun ikinci oyun günündə daha 10 oyun keçiriləcək.

Belə ki, Belçika Fransa ilə, Bosniya və Herseqovina Macarıstanla, Almaniya Niderlandla, İtaliya İsraillə, İslandiya Türkiyə ilə, Ukrayna Çexiya ilə, Uels Monteneqro ilə, Estoniya isə İsveçlə Bakı vaxtı ilə saat 22:45-də qarşılaşacaq.

Gürcüstan-Albaniya, Azərbaycan-Slovakiya görüşləri isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, IV turun oyunlarına oktyabrın 15-də yekun vurulacaq.

14 oktyabr

UEFA Millətlər Liqası

IV tur

Saat 20:00, Azərbaycan - Slovakiya

Saat 20:00, Gürcüstan - Albaniya

Saat 22:45, Belçika - Fransa

Saat 22:45, Bosniya və Herseqovina - Macarıstan

Saat 22:45, Almaniya - Niderland

Saat 22:45, İtaliya - İsrail

Saat 22:45, İslandiya - Türkiyə

Saat 22:45, Ukrayna - Çexiya

Saat 22:45, Uels - Monteneqro

Saat 22:45, Estoniya - İsveç

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu

Chosen
2
6
hakimiyyet.az

10Sources