EN

Azərbaycan millisi 4-cü oyunu da uduzdu

UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda Slovakiya ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, Azərbaycan millisi qrupda keçirdiyi 4 oyunun hamısında məğlub olub.

Slovakiya ilə sentyabrda səfərdə keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə (1:3) və Estoniyaya da (1:3) uduzub. Azərbaycan milıisi qrupda xalı olmayan yeganə komandadır.

Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

14 oktyabr

UEFA Millətlər Liqası
4-cü tur, C Liqası, I Qrup

20:00. Azərbaycan - Slovakiya - 1:3

Qollar: Rahil Məmmədov, 15-avtoqol (0:1), Toral Bayramov, 37 (1:1), Lukas Haraslin, 75 (1:2), David Duris, 87 (1:3)

Qırmızı vərəqə: Mahir Emreli, 70 (Azərbaycan)

Baş hakim: Rosit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Chosen
5
12
xezerxeber.az

10Sources