EN

Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1210 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1210 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 671 min 400 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 13 tank, 9 artilleriya sistemi və 44 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
38
15
missiya.az

10Sources