EN

"Nobel alacaq azərbaycanlılar görə bilmirəm"

Son zamanların əsas gündəmi "Nobel" mükafatıdır, artıq qardaş Türkiyənin 3 Nobel laureatı var, amma təəssüf ki, ölkəmizdən hələ də Nobel mükafatı alan şəxs yoxdur. 

 

Modern.az-a açıqlama verən keçmiş deputat Etibar Əliyev bildirib ki, Nobel mükafatı almaq həddindən artıq çətin bir prosesi keçmək nəticəsində baş verir.

 

“Xüsusi ilə fiziologiya və tibb, fizika və kimya sahələrində kəşflərə imza atmış şəxslərə diqqət yetirsək görərik ki, həmin alimlərin əksəriyyəti böyük laboratoriyalarda çalışırlar və o laboratoriyalarda apardıqları ardıcıl elmi-tədqiqatlar nəticəsində, gətirdikləri yeniliklərə görə Nobelə layiq görülürlər.

 

Nobel mükafatı laureatlarının bioqrafiyasına diqqət etsəniz görərsiniz ki, onlar cavan vaxtlarından elmlə məşğul olublar, tədqiqatları üzərində ara vermədən çalışıblar və nəticə əldə ediblər”. 

 

Sabiq deputat bildirib ki,ölkədə texniki avadanlıqların və laboratoriyaların olmaması Nobel laureantı yetişdirməyə imkan vermir:

 

“Bizdə elm sahələrində məhdud və köhnə laboratoriyalar mövcuddur, istedadlı vətəndaşlarımızın daha yaxşı təhsilinə şərait yaradılmalıdır. Onların xaricdə təhsil alması dövlət tərəfindən maliyələşdirilməlidir və eyni zamanda vətənimizi təmsil etmələrinə imkan yaradılmalıdır. 

 

Dünya təcrübəsinə də nəzər salsaq görərik ki, öz imkanları hesabına tədqiqat mərkəzləri, laboratoriyaları olmayan ölkələrin alimləri ABŞ kimi bu mövzuda kifayət qədər inkişaf etmiş ölkələrə üz tuturlar. Yaxın zamanlarda Nobel mükafatı ala biləcək azərbaycanlıları görə bilmirəm, çünki qeyd etdiyim kimi laureatlar milyardlarla dəyəri olan laboratoriyalarda çalışır, ixtisaslaşmış alimlər birgə fəaliyyət göstərir, uzun müddət həyatını məhz həmin sahəyə fəda edir. 

 

Elmdə durğunluq olan yerdə belə bir mükafatdan danışmaq düşünürəm ki, yersizdir".

Chosen
39
26
modern.az

10Sources